×
A
A
A
Sazlamalar

Xaçmazda taxta emalı sexində yanğın olub

Bakı, 14 may, AZƏRTAC

Xaçmaz rayonunun Ağtala kəndində ümumi sahəsi 2000 kvadratmetr olan taxta emalı sexinin ərazisində yeşiklər və taxta tullantıları 75 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-05-14 09:08:00