×
A
A
A
Sazlamalar

Meksika “IMAGINE” Avropa tolerantlıq festivalında iştirak edir

Bakı, 13 may, AZƏRTAC

Meksikanın ölkəmizdəki səfirliyi ənənəvi olaraq “IMAGINE” Avropa tolerantlıq festivalında iştirak edir. Bu il də istisna olmayıb. Musiqiçilər Kristina Kabrera (arfa) və Luis Qarsiya İretadan ibarət meksikalı duet “IMAGINE” festivalı çərçivəsində baş tutan #onesongforbaku virtual konsertə qatılıb. Qarşılaşdığımız çağırışın öhdəsindən birgə gəlmək üçün festival proqramının şüarı həmrəylik və dostluqdur.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, meksikalı duetə gəldikdə isə gitara ifaçısı Luis Qarsiya İreta və arfa ifaçısı Kristina Kabreradan ibarətdir. Luis Qarsiya İreta musiqiçi, prodüser, aranjemançı, eyni zamanda, müasir, Latın Amerika, klassik musiqisi və elektrik gitara üzrə müəllimdir.
Kristina Kabreranın ifası isə Verakruz və ümumilikdə, Meksika musiqisinin çalarlarını əks etdirir. Eyni zamanda, ifasında Venesuela və Paraqvay musiqisinin də təsiri vardır. Arfa ifaçısı çoxsaylı milli və beynəlxalq festivallarda iştirak etmişdir. Müxtəlif konsert və musiqi proqramları çərçivəsində Almaniya, Fransa, Norveç, Belçika, İsveç, İsveçrə, İspaniya, İngiltərə və ABŞ-da çıxış etmişdir.
Meksikanın ölkəmizdəki səfirliyi bu meksikalı duetin ifa etdiyi musiqi vasitəsilə Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularını çatdırır.

Musiqi 2020-05-13 18:10:00