×
A
A
A
Sazlamalar

Tərtər rayon sakininin həyətyanı sahəsində yabanı halda bitmiş çətənə kolları məhv edilib

Bakı, 13 may, AZƏRTAC

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Poladlı kənd sakini T.Salahovanın həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə T.Salahovanın həyətyanı sahəsində yabanı halda bitmiş 60 çətənə kolu aşkarlanaraq məhv edilib.
Faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-05-13 17:32:00