×
A
A
A
Sazlamalar

Paytaxtda soyğunçuluq edən şəxs tutulub

Bakı, 13 may, AZƏRTAC 

Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 11-də Bakı şəhər sakini O.Quliyevin içərisində 260 manat və 2200 rubl məbləğində pul, sənəd, açar və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini E.Dostəliyev Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-05-13 17:26:00