×
A
A
A
Sazlamalar

Novxanı qəsəbə sakininin evindən heroin və metamfetamin, həyətindən isə çətənə kolları aşkarlanıb

Bakı, 13 may, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Novxanı qəsəbəsində yaşayan F.Nağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində heroin və metamfetamin, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 34 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-05-13 16:27:00