Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iki beynəlxalq tədbir keçiriləcək

Bakı, 13 may, AZƏRTAC

Bu gün “World Net Summit” onlayn konfransının növbəti tədbirləri – “Baku E-Trade Forum” və “Maintech Forum” baş tutacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Baku E-Trade Forum” fazası 16:30-18:00 saatları aralığında “GOAL”un təsisçisi və prezidenti Leyla Bağırzadənin moderatorluğu ilə keçiriləcək. Spiker qismində Ümumdünya Ticarət Təşkilatının marketinq və texnologiya mütəxəssisi Blanca Zutta, Sənəd Mübadiləsi Şəbəkəsinin icraçı direktoru Uolter Trezek, “Joresco” şirkətinin idarə heyətinin sədri Jan Hittel, “EY”ın qlobal bankçılıq və kapital bazarlarının yenidən qurulması üzrə rəhbəri Ajay Raval, “EY”in Mərkəzi, Şərqi və Cənubi Avropa regionu üzrə hökumət və ictimai sektoru üzrə rəhbəri Linas Dicpetris və “Sorbonne Economics” şirkətinin direktoru Vladimir Abramitçev çıxış edəcəklər.
“Maintech Forum” isə 19:30-21:00 saatlarında təşkil olunacaq. Doktor Aydın Hüseynovun moderatorluğu ilə baş tutacaq fazada spikerlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, “ASAN xidmət”in sədr məsləhətçisi Azər Bayramov, “Logix” şirkətinin İdarə Heyətinin sədri Sakit Səmədov, “Keepface” şirkətinin həmtəsisçisi Vaqif Abbasov, “Pickvisa.com”un təsisçisi Baba Ağayev, “Paym.es” şirkətinin həmtəsisçisi Həsən Cabbarov, “Sumaks”ın həmtəsisçisi Cavid Məmmədov və “Buglance”ın təsisçisi Toğrul Səməd olacaq.
Tədbirlər “Facebook” sosial şəbəkəsi və “YouTube” üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, BP şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir.
Digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.

İKT 2020-05-13 14:58:00