×
A
A
A
Sazlamalar

Qazaxda polis əməkdaşı intihara cəhd göstərən şəxsin həyatını xilas edib VİDEO

Bakı, 13 may, AZƏRTAC

Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, 22 yaşlı Adil Allahverdiyev mayın 12-də saat 23 radələrində Ağstafa çayının Qazax rayonu ərazisindən keçən hissəsinin üzərindəki körpüdən özünü ataraq intihar etmək istəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək onunla profilaktiki söhbətlər aparıb. Buna baxmayaraq, A.Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

Hadisə 2020-05-13 13:40:00

Video