×
A
A
A
Sazlamalar

Sumqayıtda avtomobildən oğurluq edən saxlanılıb

Sumqayıt, 13 may, AZƏRTAC

Sumqayıtda oğurluqda şübhəli şəhər sakini saxlanılıb.
AZƏRTAC Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yeddi avtomobildən pul, iki ədəd mobil telefon, maqnitofon, noutbuk və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-13 13:10:00