×
A
A
A
Sazlamalar

Bakı sakinini güllələyən şəxslər Masallıda tutulublar

Bakı, 13 may, AZƏRTAC 

Bakı sakinini güllələyən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş P.Mayılov və hadisədə iştirak etmiş digər şəxslər - Hacıtəpə kənd sakinləri T.Salmanov və əvvəllər məhkum olunmuş S.Hüseynov Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onlar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-05-13 12:33:00