×
A
A
A
Sazlamalar

DYP: Ötən gün xüsusi karantin rejimini pozan 341 nəfər cərimələnib

Bakı, 13 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 12-si saat 00:00-dan mayın 13-ü saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Hadisə 2020-05-13 11:14:00