×
A
A
A
Sazlamalar

Paytaxt sakininə bıçaqla xəsarət yetirən şəxslər yaxalanıblar

Bakı, 12 may, AZƏRTAC 

Mayın 10-da Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Həsənovla mübahisə etməsi və onlardan birinin O.Həsənovun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirərək 20 manat pulunu alması barədə 28-ci polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, O.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Hadisə 2020-05-12 17:41:00