×
A
A
A
Sazlamalar

Bakıda silsilə oğurluqlar edən keçmiş məhkum tutulub

Bakı, 12 may, AZƏRTAC
Mayın 5-də Nəsimi rayonu ərazisindəki uşaq bağçalarının birindən kompüter və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş H.Seyidov rayon polis idarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ətrafında aparılmış tədbirlərlə onun 1 tədris mərkəzindən 1500 manat dəyərində televizor, 2 kafedən 3080 manat dəyərində 3 ədəd oyun aparatı və müşahidə kamerası, 2 çay evindən isə 400 manat dəyərində televizor və monitor oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-12 13:36:00