×
A
A
A
Sazlamalar

Gəncədə “VAZ-21015” markalı avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakı, 12 may, AZƏRTAC 

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini Alimə Səfərovanı həmyerlisi Ş.Mirzəyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hadisə ilə bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-12 13:26:00