×
A
A
A
Sazlamalar

FHN-in qüvvələri mühafizə məqsədilə tikinti materiallarının ərazidən kənarlaşdırılmasını da həyata keçiriblər

Bakı, 12 may, AZƏRTAC 

Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
AZƏRTAC xəbər verir ki, FHN-in qüvvələri yanğının söndürülməsi işləri ilə yanaşı, həm də bazarda olan tikinti materiallarının yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılmasını həyata keçiriblər.

Hadisə 2020-05-12 03:15:00