×
A
A
A
Sazlamalar

Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

Bakı, 11 may, AZƏRTAC
Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Yevlax rayon Tanrıqulular kənd sakini H.Bağırova Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən 2019-cu ilin yay-payız aylarında oğurluq edilməsi barədə bildirib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. Araşdırmalarla R.Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-11 11:46:00