×
A
A
A
Sazlamalar

Paytaxtda səkkiz avtomobildən oğurluq edilib

Bakı, 9 may, AZƏRTAC 

Xəzər rayonu ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə R.Məmmədov da polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-09 15:59:00