×
A
A
A
Sazlamalar

Paytaxtda vətəndaşlara məxsus bank kartlarından oğurluq edən şəxs saxlanılıb

Bakı, 9 may, AZƏRTAC 

Vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunan, 1973-cü il təvəllüdlü Rövşən Rəhimov Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkarlanaraq götürülüb.
Araşdırmalarda müəyyən olunub ki, R.Rəhimov 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1000 manat pulu talayıb.
Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

Hadisə 2020-05-09 14:59:00