×
A
A
A
Sazlamalar

DYP: xüsusi karantin rejimini pozan 739 nəfər məsuliyyətə cəlb olunub

Bakı, 9 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 8-i saat 00:00-dan mayın 9-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Hadisə 2020-05-09 12:07:00