×
A
A
A
Sazlamalar

Xaçmazda istirahət mərkəzində yanğın olub

Bakı, 9 may, AZƏRTAC

Xaçmaz rayonunun Seyidli kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus istirahət mərkəzinin ərazisində, ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli (hər mərtəbəsi 400 kvadratmetr) olan yeməkxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın dam örtüyünün taxta atmaları və tavanı 400 kvadratmetr sahədə, ikinci mərtəbəsində plastik arakəsmələr və 100 kvadratmetr sahəyə yığılan stol-stul yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-09 11:46:00