×
A
A
A
Sazlamalar

Şəmkirdə ikimərtəbəli evdə yanğın baş verib

Bakı, 9 may, AZƏRTAC 

Şəmkir rayonunun Təzəkənd kəndində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli səkkizotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin birinci mərtəbəsində üç otaq 160 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-09 10:40:00