×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda sərnişin avtobusu yanıb

Bakı, 8 may, AZƏRTAC
Bakı şəhərinin Nərimanov rayonunda "Karsan" markalı sərnişin avtobusunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtobusun mühərrik hissəsi və salonunda 5 oturacaq yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-05-08 21:54:00