×
A
A
A
Sazlamalar

Sumqayıtda mikroavtobusla yük maşını toqquşub

Sumqayıt, 8 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, qəza saat 17 radələrində şəhərin əsas giriş hissəsində, Sülh prospektində qeydə alınıb. Belə ki, "Hyundai" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub.
Mikroavtobusun sürücüsü, 1966-cı il təvəllüdlü Vüqar Hüseynov və sərnişin 1961-ci il təvəllüdlü Zülfiyyə Qədirova bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2020-05-08 19:47:00