×
A
A
A
Sazlamalar

Gəncədə keçmiş məhkumdan bir kiloqrama yaxın heroin götürülüb

Bakı, 8 may, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hümbətov Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13,5 qram, yaşadığı evdən isə 930 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-08 17:21:00