×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda üç avtomobildən oğurluq edilib

Bakı, 8 may, AZƏRTAC 

Paytaxtın Binəqədi və Nəsimi rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonu ərazisində üç avtomobildən yan güzgüsü, təkər və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Aprelin 24-də İ.Qədimovun 9000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov isə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-08 16:14:00