×
A
A
A
Sazlamalar

Evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax sakinləri yaxalanıblar

Bakı, 8 may, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də rayon ərazisindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Rzayev və əvvəllər məhkum olunmuş A.Qənbərov yaxalanıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-08 15:24:00