×
A
A
A
Sazlamalar

Neftçala sakinində sənədləri olmayan ov tüfəngi aşkarlanıb

Bakı, 8 may, AZƏRTAC 

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini A.Rzayevdən müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-08 15:23:00