×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 8 may, AZƏRTAC 

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı təhqiqat aparılır.

Hadisə 2020-05-08 14:29:00