×
A
A
A
Sazlamalar

“Yuğ” Teatrı “Birinci akt”ı onlayn təqdim edəcək

Bakı, 8 may, AZƏRTAC 

Azərbaycan Dövlət “Yuğ” Teatrı A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” tamaşasını mayın 16-da sosial şəbəkədəki hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru mərhum sənətkar Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerifdir. Tamaşada P.Çaykovskinin “İlin çağları” musiqisindən istifadə olunub.
Tamaşanın janrı futuroloji aksiya kimi müəyyənləşdirilib. Ona görə ki, Çexovun sözündə, düşüncəsində, dramaturgiyasında əvvəlcədən güclü xəbərdarlıq potensialı vardır və bu səhnə əsəri onu açmağa çalışır. Tamaşa bir növ insanlara “bütün sınaqlara qatlaşaraq yaxşı günlər naminə dözüb, dayanmaq lazımdır” mesajını verir.

Teatr və kino 2020-05-08 11:37:00