×
A
A
A
Sazlamalar

Paytaxtda axtarışda olan şəxs tutulub

Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan R.Quliyev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Onun rayon ərazisində bir avtomobildən 1025 manat pul oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-07 19:02:00