×
A
A
A
Sazlamalar

Paytaxt sakinlərinin pullarını oğurlayan keçmiş məhkum yaxalanıb

Bakı, 7 may, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxt sakinləri S.Quliyeva və A.Məmmədovanın ümumilikdə 585 manat məbləğində pullarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Göyçayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mayın 6-na keçən gecə rayon ərazisindəki iki gözəllik salonundan ümumilikdə 730 manat pul oğurlaması da müəyyən olunub.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-07 18:39:00