×
A
A
A
Sazlamalar

Yeni Suraxanı qəsəbə sakininin həyətindən 439 çətənə kolu aşkarlanıb

Bakı, 7 may, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Suraxanı rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Suraxanı qəsəbə sakini S.Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 439 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-07 18:22:00