Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yevlaxda yaxın qohumunu qətlə yetirən şəxs barəsində cinayət işi başlanıb

Bakı, 7 may, AZƏRTAC
Yevlax rayon sakini Ceyhun Seyidovun mayın 6-da yıxılaraq xəsarət alması və Rayon mərkəzi xəstəxanasında ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Bu zaman yaranın əlamətləri şübhə doğurduğu və qətl ehtimalı yarandığı üçün dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə başlanıb. Keçirilmiş tədbirlərlə C.Seyidovun yaxın qohumu - Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Rəşad Dərvişov tərəfindən qətlə yetirilməsi üçün əsaslı şübhələr müəyyən edilib. R.Dərvişov polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. R.Dərvişov dindirilmə zamanı C.Seyidov ilə aralarında baş vermiş münaqişə zəminində sonuncuya daxilə nüfuz edən bıçaq zərbəsi vuraraq qətlə yetirdiyini etiraf edib. Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-07 16:37:00