Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtda və Abşeron rayonunda avtomobilləri oğurlayan şəxslər saxlanılıblar VİDEO

Bakı, 7 may, AZƏRTAC 

Abşeron rayonunun Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ-2107” markalı nəqliyyat vasitəsi qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobilin sahibi bu barədə polisə məlumat verən kimi dərhal nəqliyyat vasitəsinin axtarışlarına başlanıb. Görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonunun ərazisində olduğu müəyyən edilib. Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Abşeron Rayon Polis İdarəsinin və Qobu polis bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində tutularaq məsuliyyətə cəlb olunublar.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər Abşeron rayonundan başqa paytaxt ərazisində daha üç “VAZ-2107” və bir “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar. Tahir Atakişiyev və Heydər Əkbərov ifadələrində avtomobilləri sökərək ehtiyat hissələri halında satmaq üçün qaçırdıqlarını bildiriblər. Amma onlar oğurladıqları avomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkarlanaraq sahiblərinə qaytarılıb.
Polis bölməsində araşdırma aparılan zamanı Tahir Atakişiyevin paytaxtın Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı Qobu polis bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Tahir Atakişiyevin və Heydər Əkbərovun digər cinayət əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Hadisə 2020-05-07 12:38:00

Video