Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb

Bakı, 7 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 6-da saat 00:00-dan mayın 7-də saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Hadisə 2020-05-07 11:05:00