Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nizami rayonunda marketdə paytaxt sakininin pulqabısı oğurlanıb

Bakı, 6 may, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 5-də Nizami rayonu ərazisindəki marketlərin birində Bakı şəhər sakini A.İbrahimovanın içərisində pul və sənəd olan pulqabısını oğurlamqda şübhəli bilinən paytaxt sakini F.Əmrahov Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-05-06 17:39:00