×
A
A
A
Sazlamalar

Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:

Bakı Apellyasiya Məhkəməsi üzrə:

Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri
Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri
Qurbanov Raqib Əliddin oğlu- Kommersiya Kollegiyasının sədri

Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri
Rzaquliyev Şamil Qəhrəman oğlu- Kommersiya Kollegiyasının sədri

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri
Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri

Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Həsənov Müşfiq Kamil oğlu -İnzibati Kollegiyanın sədri
Kərimov Tale Suliddin oğlu -Kommersiya Kollegiyasının sədri

Şəki Apellyasiya Məhkəməsi üzrə:

Rəfiyev Rövşən Rafiq oğlu-İnzibati Kollegiyanın sədri
Hüseynov Elçin Şirin oğlu-Kommersiya Kollegiyasının sədri
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2020-ci il.

Sərəncamlar 2020-05-06 16:46:00