Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nardaran qəsəbəsində evin həyətindən tapança, patronlar və patron darağı aşkarlanaraq götürülüb

Bakı, 6 may, AZƏRTAC 

Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Axundovun Nardaran qəsəbəsindəki evinin həyətindən “MINTA-37 M” markalı tapança, 4 patron və 1 patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-05-06 15:24:00