Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 6 may, AZƏRTAC 

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini E.Cavadovun idarə etdiyi “Lada Priora” və Yardımlı rayon sakini Firuddin Mirişovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Mirişov orada ölüb.
Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-06 15:20:00