Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri də törətdiyi müəyyənləşdirilib

Bakı, 6 may, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxsin digər cinayət əməlləri də aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş R.Abdullayevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir qarajdan 3000 manat dəyərində dəmir boru, 100 metr elektrik naqili, inşaat materialları və bir evdən 500 manat dəyərində kombi aparatı oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-06 14:53:00