Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

DYP: Ötən gün xüsusi karantin rejimi qaydalarını pozan 423 nəfər cərimələnib

Bakı, 6 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimi qaydalarını pozan şəxslərin sayını açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 5-də saat 00:00-dan mayın 6-da saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

 

Hadisə 2020-05-06 11:37:00