Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmişlidə silsilə oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Bakı, 6 may, AZƏRTAC 

Bir qrup İmişli rayon sakini cari ilin fevralında rayon polis şöbəsinə müraciət edərək onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Sakit Cəfərov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisindəki iki evdən və bir avtomobildən qızıl zinət əşyaları və nəğd pul oğurlamaqla vətəndaşlara ümumilikdə 8 min manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-06 11:20:00