Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Salyan rayonunda anbardan suqızdırıcıları oğurlayan şəxs yaxalanıb

Bakı, 5 may, AZƏRTAC 

Salyan rayonu mənzil istismar təmir-tikinti istehsalat birliyinin anbarından dörd su qızdırıcısı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Salahov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış tədbirlərlə həmin şəxsin həmyerlisi V.Mirzəyevlə birgə binaların birindən 15 pəncərənin dəmir barmaqlığını, bir dəmir qapını və otaqların döşəməsini sökərək oğurladıqları da müəyyənləşdirilib.
V.Mirzəyev də polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-05 15:07:00