Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Psixotrop maddə olan bir kiloqramdan çox metamfetamini 20 min manata satmaq istəyən Astara sakini saxlanılıb VİDEO

Bakı, 5 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri tədbir zamanı rayonun Səncərədi kənd sakini Ramail Fərəcov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik psixotrop maddə olan 1 kiloqram 145 qram metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib. Araşdırma zamanı müəyyənləşdirilib ki, R.Fərəcov psixotrop maddə olan metamfetamini 20 min manata satmaq istəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramail Fərəcov digər cinayət əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Hadisə 2020-05-05 14:28:00

Video