Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Çallı kənd sakini saxlanılıb VİDEO

Bakı, 5 may, AZƏRTAC

Narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Zərdab rayonunun Çallı kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Əhmədov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ona məxsus evin bağ sahəsinə baxış zamanı çəkisi 2 kiloqram 325 qram olan narkotik tərkibli və əkilib-becərilməsi qadağan olunan 7 xaş-xaş kolu aşkarlanıb. Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-05-05 14:06:00

Video