×
A
A
A
Sazlamalar

Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxil edilib

Bakı, 2 may, AZƏRTAC

Milli Məclisin növbəti plenar iclası mayın 5-də keçiriləcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Gündəlikdəki məsələlər arasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” qanun layihələri də var.

Daxili siyasət 2020-05-02 16:57:00