×
A
A
A
Sazlamalar

BMA-nın tələbəsi beynəlxalq müsabiqənin birincisi olub

Bakı, 1 may, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birinci kurs tələbəsi Əfşan Əfəndiyeva “Caspi art uluslararası sanat yarışması” müsabiqəsində birincilik qazanaraq diplomla təltif edilib.  Bu barədə AZƏRTAC-a BMA-dan bildirilib.

Ə. Əfəndiyevanın müəllimi, “Dirijorluq” kafedrasının professoru Leyla Məmmədovaya isə təşəkkürnamə təqdim olunub.

Musiqi 2020-05-01 12:35:00