×
A
A
A
Sazlamalar

® Xarici İşlər Nazirliyinin rəsmisi: Birləşmiş Krallıq 5G şəbəkəsi ilə bağlı “Huawei” haqqında qəti qərar qəbul edib

Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkənin 5G telefon şəbəkəsinin qurulmasında iştirak etməsinə icazə verilməsi barədə qəti qərar qəbul edib və çərşənbə axşamı Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bu məsələnin yenidən müzakirə edilməyəcəyini bildirib.

İngiltərə yanvarda “Huawei” şirkətinə hökumətin qeyd etdiyi kimi, 5G şəbəkəsinin həssas olmayan hissələrinə daxil olmaq icazəsi verib və onun 35 faiz iştirakını təmin edib.
Xarici İşlər nazirinə hökumətin “Huawei” şirkəti ilə bağlı mövqeyini dəyişdirməsini tövsiyə edib-etməyəcəyi barədə sual verilən zaman nazirlikdəki diplomatik xidmətin rəhbəri və nazir müavini Simon McDonald hüquqşünaslara deyib: “Bildiyiniz kimi hökumət çox ciddi şərtlərlə investisiyaya davam etmək qərarına gəlib. Bildiyim qədər qəti bir qərardır və yenidən baxılmayacaq. Çin Birləşmiş Krallığın çox mühüm tərəfdaşıdır və düşünürəm ki, “Huawei” ilə əlaqədar qərar qüvvədə qalmalı və strateji, müstəqil münasibətlər davam etdirilməlidir”.

İKT 2020-04-29 16:29:00