Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulub
Bakı, 28 aprel, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir sıra tibb müəssisələrində “Cisco Webex Video” platforması üzərindən videokonfrans sistemi qurub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sistemin qurulmasında məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargah, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri və tibb müəssisələrinin baş həkimləri ilə birgə koronavirusla bağlı mövcud vəziyyətin müzakirəsində, iş prosesində yaranan problem və təkliflərlə bağlı fikir mübadiləsinin aparılmasında, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübələrin bölüşülməsində virtual ünsiyyətin təmin edilməsidir.
Koronavirusla mübarizəyə ayrılmış tibb müəssisələri ilə virtual görüş və müşavirələr bu sistem vasitəsilə aparılır. Hazırda videokonfrans sistemi Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris Cərrahiyyə Klinikaları, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, Quba, Balakən, Şəki, Qobustan, Ağdaş, Goranboy, Şəmkir, Qazax, Ağcabədi, Sabirabad, İmişli, Astara, Masallı, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Saatlı, Şirvan və Cəbrayıl rayon mərkəzi xəstəxanaları, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası və Lənkəran Müalicə Diaqnostika Mərkəzində qurulub.
Sistemin respublikanın digər rayon mərkəzi xəstəxanaları və müalicə diaqnostika mərkəzlərində qurulması üzrə işlər davam etdirilir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb