Azərbaycanın sürətli poçt xidmətləri növbəti dəfə beynəlxalq sertifikata layiq görülüb
Bakı, 27 aprel, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi göstərdiyi xidmətlərin keyfiyyətinə görə Ümumdünya Poçt İttifaqı tərəfindən gümüş səviyyəli sertifikata layiq görülüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, EMS - sürətli poçt rabitəsi xidmətləri göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi sözügedən sertifikatı 2019-cu ilin yekunlarına əsasən əldə edib.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının EMS - Express Mail Service Kooperativinin üzvü olan 184 ölkənin göstərdikləri poçt xidmətlərinin keyfiyyətini ölçmək məqsədilə hər il bir sıra meyarlar müəyyən edilir. İlin yekununda isə bu meyarlar üzrə keyfiyyət göstəriciləri müqayisə olunur. Aparılan müqayisənin nəticələrinə görə ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülür. Fəaliyyəti 92-96 faiz arasında qiymətləndirilənlərə gümüş səviyyəli sertifikatlar verilir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb