×
A
A
A
Sazlamalar

Türkiyənin “A HABER” kanalı erməni cinayətlərini ifşa edən sənədli veriliş yayımlayıb

Ankara, 25 aprel, AZƏRTAC
Türkiyənin nüfuzlu “A HABER” televiziya kanalı erməni silahlı birləşmələrinin ötən əsrin əvvəllərində Anadolunun şərqində müsəlman-türk əhaliyə qarşı törətdikləri soyqırımından bəhs edən geniş veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, şahid ifadələri, tarixi faktlar, arxiv sənədləri əsasında hazırlanan verilişdə erməni vandallarının amansız cinayətlərinin təfərrüatları tamaşaçılara çatdırılıb. Verilişdə, həmçinin türk əhalinin dəfn olunduğu kütləvi məzarlıqlardan çəkilən kadrlar nümayiş olunub.
Qeyd edək ki, arxiv sənədləri əsasında aparılan hesablamalar əsasında erməni silahlı birləşmələrinin ötən əsrin sonunda Anadoluda 500 mindən çox müsəlman-türk əhalini amansızcasına soyqırımına məruz qoyması təsdiqini tapıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Qan yaddaşı 2020-04-25 15:12:00